XƏBƏR LENTİ

02 Dekabr 2020

Digər Xəbərlər

29 Yanvar 2019 - 13:07

Rus ordusu Menbiçin qərbinə daxil oldu –Əsəd qüvvələri ilə birlikdə

Rusiya hərbçiləri Türkiyənin xüsusi həssaslıq göstərdiyi Menbiç şəhərinin qərbində patrul xidmətlərinə başlayıb.

Bu barədə Türkiyənin “Hürriyət” qəzeti məlumat yayıb.

Fərat qalxanı bölgəsi ilə sərhəddə aparılan patrul xidmətinə Əsəd qüvvələrinin də qoşulduğu bildirilir.

Rusların patrul xidməti apardığı ərazilər arasında strateji baxımdan önəmli olan M4 magistralı da var. Bu yol Əl Babdan keçməklə Hələbə qədər gedir.

Qeyd edək ki, Rusiya və Əsəd qüvvələri Arimahda yerləşərək kiçik qərargah yaratmışdılar/Axar.az.