XƏBƏR LENTİ

25 Yanvar 2021
24 Yanvar 2021

Digər Xəbərlər

29 Yanvar 2019 - 16:19

Ermənistanın xarici işlər naziri:"Qarabağın statusu və təhlükəsizliyi məsələsi ümdə şərt olaraq qalır"

“Ermənistan üçün Dağlıq Qarabağın statusu və təhlükəsizliyi məsələsi ümdə şərt olaraq qalır və danışıqlar bu prinsiplər ətrafında gedir”.

Strateq.az xəbər verir ki, bunu Ermənistan xarici işlər naziri Zöhrab Mnatsakanyan deyib.

Bu yaxınlarda azərbaycanlı həmkarı Elmar Məmmədyarovla Parisdə keçirdiyi görüşdən danışan nazir bildirib ki, erməni tərəfi öz əvvəlki mövqeyindən geri çəkilməyib.

Bu görüşdən sonra həm Azərbaycan, həm də Ermənistan rəsmiləri danışıqların pozitiv ruhda keçdiyini və qarşılıqlı etimadın yaranmasının müzakirə edildiyini bildirmişdilər. Zöhrab Mnatsakanyan deyib ki, onlar görüşdə sülh tənzimləməsinə dair müstəsna olaraq ATƏT-in Minsk Qrupu çərçivəsində olan bütün əsas prinsipləri vurğulayıblar.

Bu mənada biz sülhə xidmət edən atmosferin yaradılması mühümlüyünü vurğuladıq. Və ən əsası, biz bəyan etdik ki, Ermənistan üçün status və təhlükəsizlik [Qarabağın] prioritet məsələlər olaraq qalır”, – Ermənistan XIN rəhbəri deyib.

Ancaq buna baxmayaraq, erməni ictimaiyyətində fərqli şərhlər olduğunu söyləyən Mnatsakanyan bununla bağlı narahatlığını dilə gətirib:

“Məndə guya cəmiyyətimizdə özümüzə inamımızı itirdiyimizə dair hansısa təslimçi əhval-ruhiyyələrin olması təəccüb doğurur. Əminəm ki, cəmiyyətimizdə bu kimi heç bir şey baş vermir və nəyinsə hansısa bir şəkildə baş verdiyini və bizim hansısa şəkildə mövqelərimizdən geri çəkiləcəyimizi hansısa bir şəkildə görməyə ehtiyac yoxdur”.

Yanvarın 16-da Ermənistan və Azərbaycan xarici işlər nazirləri arasında Minsk Qrupu həmsədrlərinin vasitəçiliyi ilə Parisdə 4 saat davam etmiş görüş keçirilmişdi.

Həmin danışıqlardan sonra həm Azərbaycan, həm Ermənistan xarici işlər nazirlikləri görüşü faydalı və “daha geniş qarşılıqlı anlaşma və qarşılıqlı etimadın yaranmasına yönəlmiş konstruktiv fikir mübadiləsi” kimi təqdir etmişdilər.

Hər iki ölkənin xarici işlər nazirlikləri bildimişdilər ki, Azərbaycan və Ermənistanda xalqların sülhə hazırlanmasına dair məsələlərə də toxunulub.

(BBC Azərbaycanca)