XƏBƏR LENTİ

28 Oktyabr 2020
27 Oktyabr 2020

Digər Xəbərlər

29 Yanvar 2019 - 16:43

KİV:"Azərbaycan və Ermənistan XİN başçıları Münhendə görüşə bilər"

Azərbaycan və Ermənistanın xarici işlər nazirləri Elmar Məmmədyarov ilə Zöhrab Mnatsakanyan fevral ayında Münhendə keçiriləcək beynəlxalq təhlükəsizlik konfransında görüşə bilər.

Bu barədə “Report” “RİA Novosti”yə istinadən xəbər verir.

“Heç nəyi istisna etmək olmaz. Ənənəyə görə, görüş barədə razılıq əldə olunarsa, bu barədə əvvəlcədən məlumat verəcəyik”, – deyə Mnatsakanyan jurnalistlərin Münhen Təhlükəsizlik Konfransı zamanı Qarabağ münaqişəsi ilə bağlı görüşünün mümkünlüyü barədə sualına cavab olaraq bildirib.

Eyni zamanda, o, Münhen konfransında iştirak etməyi planlaşdırdığını söyləyib.

“İrəliyə doğru addım atdığımız aydın məsələdir, vaxt və digər məsələlər üzrə razılaşdırmaq lazım gəlir, bundan sonra ictimaiyyətə məlumat veririk”, – Mnatsaknayan əlavə edib.

Qeyd edək ki, daha əvvəl Azərbaycan Xarici İşlər Nazirliyindən Azərbaycan və Ermənistan XİN başçılarının yanvarın 16-da Parisdə keçirilmiş görüşdə növbəti ayda danışıqları davam etdirməklə bağlı razılıq əldə olunduğubildirilib.