XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

30 Yanvar 2019 - 11:32

BMT:"İnsan alveri qurbanlarının 30 faizi uşaqlardır"

Birləşmiş Millətlər Təşkilatının (BMT) Narkotiklərlə və Cinayətkarlıqla Mübarizə İdarəsinin yanvarın 29-da təşkilatın Nyu-Yorkdakı mənzil-qərargahında təqdim etdiyi hesabata görə, 2018-ci ildə insan alveri qurbanlarının 30 faizi uşaqlar olub.

AZƏRTAC təşkilatın rəsmi saytına istinadla xəbər verir ki, hesabatda Cənubi Amerika, Şərqi Avropa və Mərkəzi Asiya ölkələrində, həmçinin Rusiyada insan alverinin genişləndiyi qeyd olunub. Yüz minlərlə insan, xüsusən qadın və uşaqlar insan qaçaqmalçılarının qurbanı olublar. Bu cinayətkarların qurbanlarının 70 faizi isə qadınlar və yetkinlik yaşına çatmayan qızlardır. Onlar seksual istismara və qul əməyinə məruz qalırlar. Belarus və Ukraynada insan qaçaqmalçılarının qurbanlarının 97 faizi dünyanın müxtəlif ölkələrində seksual istismara məruz qalan qadınlardır. İnsan qaçaqmalçılarının qurbanına çevrilə kişilər isə silahlı münaqişə zonalarında qanunsuz hərbi birləşmələrə cəlb olunurlar.

Hesabatda qeyd olunur ki, digər dəhşətli cinayət – “orqan alveri” də genişlənib. Belə ki, 25 ölkədən insan qaçaqmalçılarının oğurladıqları uşaqların daxili orqanlarının çıxarılması barədə 700 məlumat daxil olub. Böyrək və qara ciyər köçürülməsi əməliyyatlarının 10 faizi bu cinayətlərin qurbanlarının daxili orqanları hesabına həyata keçirilib.

Dünyanın 142 ölkəsindən daxil olan məlumatlar əsasında hazırlanan hesabatda insan alverinə qarşı mübarizə məsələləri də yer alıb. Vurğulanıb ki, son illər dünya ictimaiyyəti insan alverinin qarşısının alınmasına dair Protokolun müddəalarının yerinə yetirilməsi üzrə genişmiqyaslı tədbirlər həyata keçirsələr də, bu problem bəşəriyyət üçün ən ağrılı məsələ olaraq qalır.