XƏBƏR LENTİ

30 Noyabr 2020
29 Noyabr 2020

Digər Xəbərlər

30 Yanvar 2019 - 14:49

Maduro:"Tramp məni öldürmək göstərişi verib"

Venesuela lideri Nikolas Maduro amerikalı həmkarı Donald Trampı onun qətlinə göstəriş verməkdə ittiham edib.

Strateq.az xəbər verir ki, bu barədə o, “RİA Novosti”yə müsahibəsində bildirib.

“Heç şübhə yoxdur ki, Tramp məni öldürmək üçün Kolumbiya hökumətinə, Kolumbiya mafiyasına göstəriş verib. Əgər mənim başıma bir iş gəlsə, buna görə Donald Tramp və Kolumbiya prezidenti İvan Duke məsuliyyət daşıyır. Amma məni Venesuela xalqı və Tanrı qoruyur, bizim çox yaxşı müdafiə sistemimiz var, məni yaxşı qoruyurlar” – deyə o qeyd edib.

“Mühafizəçiləriniz arasında rusiyalılar da varmı?” sualına isə Maduro belə cavab verib: “Deyə bilmərəm. No comment. Bu barədə hər hansı şərhim yoxdur”.