XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

30 Yanvar 2019 - 16:03

ABŞ-dakı erməni liseylərinə Türkiyə bayraqları asılıb- Federal Təhqiqatlar Bürosuna müraciət olunub+FOTOLAR

ABŞ-ın Los-Anceles şəhərində fəaliyyət göstərən “Feraqyan” və “Manuqyan” adlı iki erməni liseyinin binalarının dörd tərəfinə Türkiyə bayraqları asılıb.

Erməni KİV-ləri xəbər verir ki, bu şəhərdəki erməni icmaları türklərin bu vətənpərvərlik aksiyasından narahat olduqlarını bildiriblər və faktla bağlı Federal Təhqiqatlar Bürosuna müraciət ediblər.

Los-Anceles əyalətindən olan ermənipərəst konqresmen Bred Şermanın bu hadisəni pisləməsi və bayraq hadisəsini qondarma “erməni soyqırımı” qurbanları ilə əlaqələndirməsi türk icmasında təəccüb doğurub. İcma üzvləri bildiriblər ki, burada cinayət tərkibi olan heç bir insident baş verməyib.

Hadisədən təşvişə düşən Amerikanın erməni milli komitəsi də bəyanatla çıxış etməyə hazırlaşır(azərtac).