XƏBƏR LENTİ

27 Noyabr 2020

Digər Xəbərlər

30 Yanvar 2019 - 20:39

Əlahiddə Ümumqoşun Ordunun bir qrup hərbi qulluqçusu “Qars təlimi”ndə iştirak edəcək –FOTO/VİDEO

Əlahiddə Ümumqoşun Ordunun  bir qrup hərbi qulluqçusu beynəlxalq qış təlimində iştirak etmək üçün Türkiyə Respublikasının Qars şəhərinə yola salınıb.

Strareq.az “Nuhçıxan”-a istinadən xəbər verir ki, Əlahiddə Ümumqoşun Ordunun  bir qrup hərbi qulluqçusu beynəlxalq qış təlimində iştirak etmək üçün Türkiyə Respublikasının Qars şəhərinə yola salınıb.

Yolasalma mərasimində Əlahiddə Ümumqoşun Ordu Komandanının müavini, general-mayor Teymur Eyyubov çıxış edərək bildirib ki, fevralın 23-dək Türkiyə Respublikasının Qars şəhərində keçiriləcək  çoxmillətli beynəlxalq səviyyəli qış təlimində Əlahiddə Ümumqoşun Ordunun hərbi qulluqçularının da iştirak etməsi hər birimizi daha da qürurlandırır. Qars təlimində çətin relyefli ərazilərdə, qarlı, şaxtalı havalarda döyüş əməliyyatlarının aparılması tapşırıqları yerinə yetiriləcək. İnanırıq ki, ümumilikdə 28 ölkənin hərbi qulluqçularının müşahidəçi və iştirakçı qismində cəlb edildiyi bu təlimdə Azərbaycan və Türkiyə hərbçiləri həmişə olduğu kimi bu dəfə də yüksək peşəkarlıq nümayiş etdirəcəklər. 

Sonda təlimə cəlb edilmiş bölmələr Türkiyə Respublikasının Qars şəhərinə yola salınıb.