XƏBƏR LENTİ

04 Dekabr 2020

Digər Xəbərlər

30 Yanvar 2019 - 22:50

Ağ Ev:"Tramp Quaydonu "prezident vəzifəsinin icrasına başlaması" münasibətilə təbrik edib"

Amerika lideri Donald Trampla özünü müvəqqəti prezident elan etmiş Venesuela Milli Məclisinin rəhbəri Xuan Quaydo arasında telefon danışığı olub.

Bu barədə “ABC News” Ağ Evə istinadən məlumat yayıb.

“O, (Tramp – red.) onu (Quaydonu-red) prezident vəzifəsinin icrasına başlaması münasibətilə təbrik edib, həmçinin yenidən Venesuelada demokratiyanın bərpası mübarizəsinə güclü dəstəyini təsdiq edib”, – deyə Ağ Evin açıqlamasında bildirilir.

Qeyd edilir ki, Quaydo Trampın ABŞ-ın Venesuelanın çiçəklənməsi və azadlığına sədaqəti sözlərinə görə ona minnətdarlığını bildirib.

Quaydo həmçinin bütün Venesuelada bu gün və şənbə günü Maduroya qarşı keçirilməli olan iri miqyaslı etirazların əhəmiyyətini qeyd edib.  (Report)