XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

31 January 2019 - 15:24

Səhiyyə Nazirliyi:"Azərbaycanda 16 nəfərin “donuz qripi”nə yoluxması barədə məlumat yalandır"

Səhiyyə Nazirliyi Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycanda 16 nəfərdə “donuz qripi”nin aşkarlanması barədə məlumatına münasibət bildirib.

Nazirlikdən “Report”un sorğusuna cavab olaraq qeyd olunub ki, Azərbaycanda bu günə qədər “donuz qripi”nə yoluxma halları aşkarlanmayıb.

“Taun Əleyhinə Stansiya ÜST-yə hər hansı nümunə göndərilməyib. Həmin təşkilat da hansı nümunələrə əsaslanaraq bu məlumatı yayıb bizə məlum deyil”- deyə Səhiyyə Nazirliyindən bildirilib.