XƏBƏR LENTİ

05 Dekabr 2020
04 Dekabr 2020

Digər Xəbərlər

01 Fevral 2019 - 00:04

Tramp “Taliban”a şərt qoydu:"Bu, baş verərsə, biz öz əsgərlərimizi evə göndərəcəyik"

ABŞ prezidenti Donald Tramp Amerika qoşunlarının hansı şərtlər altında Əfqanıstandan çıxarılmasına razılaşa biləcəyini açıqlayıb.

Trampın sözlərinə görə, o, radikal “Taliban” hərəkatı ilə Əfqanıstan hakimiyyəti arasındakı vəziyyətin nizamlanması üzrə sülh razılaşması əldə olunacağı təqdirdə bu addımı atacaq.

İlk dəfədir ki, onlar (taliblər) nizamlanma, saziş barədə danışırlar. Bu, baş verərsə, biz öz adamlarımızı evə göndərəcəyik. Baxaq görək nə olur. Lakin ciddi danışıqlar birinci dəfədir aparılır”, – deyə o, bildirib/Report.