Kreml Dövlət sarayında Rusiya Patriarxı Kirilin Rus Pravoslav Kilsəsinin başçısı seçilməsinin 10-cu ildönümü münasibətilə təntənəli mərasimlər keçirilib.
Strateq.az “Real” TV-yə istinadən xəbər verir ki, mərasimdə Azərbaycanı Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadənin rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edib.
Mərasimdə Rusiya prezidenti Vladimir Putin də iştirak edib. O, Şeyxülislamla görüşüb.