XƏBƏR LENTİ

29 Oktyabr 2020
28 Oktyabr 2020

Digər Xəbərlər

01 Fevral 2019 - 11:18

Daha bir baş redaktor qəzetini bağladı- “Unikal” bundan sonra çap olunmayacaq

Azərbaycanda daha bir qəzetin çapı dayandırılıb.

Modern.az xəbər verir ki, artıq “Unikal” qəzetinin çap versiyasının fəaliyyəti dayandırılıb.

Qəzetin baş redaktoru Asəf Rzayev sosial şəbəkədə yaydığı məlumata görə, “Unikal” bundan sonra çap olunmayacaq.

Qeyd edək ki, Prezident yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun qəzetlərin maliyyələşdirilməsi ilə bağlı dünənki son qərarından sonra “Bizim yol” çıxmayacağını bəyan etdi. Bu gün isə “Unikal” analoji addım atdı.

Yeni şərtlərdə bildirilir ki, Fondun müsabiqə elanında təklif olunan dəyişikliyə əsasən, qurumun KİV-ə maliyyə yardımı müsabiqəsində son 3 ildə müntəzəm gündəlik nəşr olunan, müsabiqə elan edilən gündən səhifələrinin sayı 16-dan (A3 formatda), tirajı 5000 nüsxədən az olmayan, hər buraxılışından ən azı 2000 nüsxəsi satılan və ya abunə yolu ilə yayılan ictimai-siyasi qəzetlər iştirak edə bilərlər.

“Bizim yol” və “Unikal”dan bir müddət öncə “Ekspress” qəzeti də çap variantından imtina etmişdi. Daha bir sıra qəzetlərin bağlanacağı istisna deyil.