XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

01 Fevral 2019 - 13:24

Ukraynada bir ailənin həyatını xilas edən Şirinov qardaşları “İgidliyə görə” medalı ilə təltif edilib –İlham Əliyev sərəncam imzalayıb
Azərbaycan Prezidenti İlham Əliyev Sabir və Umud Şirinov qardaşlarının “İgidliyə görə” medalı ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.
Strateq.az-ın xəbərinə görə, sərəncamda qeyd olunur ki, həyatları təhlükəyə məruz qalmış insanların xilası zamanı göstərdikləri şəxsi şücaətə görə Sabir Adil oğlu Şirinov və Umud Adil oğlu Şirinov “İgidliyə görə” medalı ilə təltif edilsinlər.
Qeyd edək ki, bu qardaşlar Ukraynada həyatlarını risk altına ataraq qəza nəticəsində alovlanan avtomobildən bir ailəni xilas ediblər.