XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

01 Fevral 2019 - 16:54

Baş bankir əmanətlərin sığortasından və 200 manatlıq əskinaslardan danışdı –"Kolgə iqtisadiyyatındadır..."

“Azərbaycanda “Əmanətlərin tam sığortalanması haqqında” Qanunun qüvvədə olma müddəti artırıla bilər”. Strateq.az xəbər verir ki, bunu Mərkəzi Bankın İdarə Heyətinin sədri Elman Rüstəmov jurnalistlərə açıqlamasında deyib.

Sözügedən qanun bank əmanətlərinin üç il müddətində tam sığortalanmasını nəzərdə tuturdu. Bu müddət isə 2019-cu ilin fevral ayının sonunda başa çatır. O bildirib ki, “bu üç il müddətində bank sektorunda bütün lazımi işlər görülüb başa çatmalı idi, lakin bu işlər bitməyib”.

“Hesab edirəm ki, bir qədər də vaxt lazımdır ki, bu işlər görülüb qurtarsın. Buna görə də, bu qanunun müəyyən müddətə uzadılması məqsədəuyğun olardı”, – o deyib. E.Rüstəmov qeyd edib ki, bu qanun ölkədə maliyyə sabitliyinin qorunması üçün vacib rol oynayıb və oynamaqdadır və qanunun müddətinin uzadılması istiqamətində müzakirələr aparılacaq.

Elman Rüstəmov 200 manatlıq əskinasların dövriyyəyə buraxılmasına baxmayaraq, tez-tez rast gəlinməməsinin səbəblərindən biri kimi “kölgə iqtisadiyyatı”nı göstərib:

“Bunun bir səbəblərindən biri odur ki, bu əskinaslardan əmək haqqı və pensiya səviyyəsinə görə bankomat sistemində istifadə olunmur. Digər səbəbi isə kölgə iqtisadiyyatıdır. Kölgə iqtisadiyyatı əlində olan nəğd pulları rəsmi dövriyyəyə çıxarmır. Buna görə də bu pulun dövriyyəsi bizim düşündüyümüzdən azdır. Yoxsa təxminən 50 faiz – 10 dəfə çox ola bilərdi”.

Elman Rüstəmov söyləyib ki, 200 manatlıq əskinaslar bu gün pul dövriyyəsinin beş faizini, yəni 400 milyon manat təşkil edir.