Azərbaycan Respublikası Prezidenti İlham Əliyev gənclər siyasəti sahəsində fəallığı ilə fərqlənən şəxslərin təltif edilməsi haqqında sərəncam imzalayıb.
Strateq.az sərəncamın mətnini təqdim edir:
2 fevral – Azərbaycan Gəncləri Günü münasibətilə və dövlət gənclər siyasətinin həyata keçirilməsində, gənclər hərəkatının formalaşmasında səmərəli fəaliyyətinə görə aşağıdakı şəxslər təltif edilsinlər:
3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə
Cabbarov Azad Vaqif oğlu
“Tərəqqi” medalı ilə
Əsgərli Asif Məmməd oğlu
Qədirov Vüqar Kərim oğlu
Orucov İlqar Nəcibəddin oğlu
“Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə
İskəndərov Vüqar Yapon oğlu
Quliyev Rüfət Mətləb oğlu
Nəcəfli Kamal Məmməd oğlu.
**
Azərbaycan Respublikası Prezidenti İlham Əliyev 2019-cu il Gənclər üçün Prezident mükafatlarının verilməsi haqqında sərəncam imzalayıb.
Sərəncamda deyilir:
Mədəniyyət, elm, təhsil və ictimai fəaliyyət sahələrində xüsusi fərqlənən aşağıdakı şəxslərə 2019-cu il Gənclər üçün Prezident mükafatları verilsin:
Hacızadə Hüseynxan Saleh oğlu
Həsənov Masər Fuad oğlu
Rəcəbli Sara Rauf qızı
Mehmandarov Mustafa Adil oğlu
Mirzəmmədova Nigar Mübariz qızı
Şahverənov Allahverdi Umud oğlu.
***
Prezident İlham Əliyev Azərbaycan Dövlət Aqrar Universitetinin yeni tədris korpusunun tikintisi və avadanlıqlarla təchizatına dair tədbirlər haqqında sərəncam imzalayıb.
Sərəncamda deyilir:
“Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. Azərbaycan Dövlət Aqrar Universitetinin yeni tədris korpusunun tikintisi və avadanlıqlarla təchizatı məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 15 yanvar tarixli 890 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində digər layihələr üzrə dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.12.23-cü yarımbəndində göstərilmiş məbləğin 14 245 000 (on dörd milyon iki yüz qırx beş min) manatı Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinə ayrılsın.
2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.
3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin”.