XƏBƏR LENTİ

03 İyun 2020
02 İyun 2020

Digər Xəbərlər

24 Fevral 2016 - 12:43

ABŞ Rusiyanı yeni sanksiyalarla hədələdi:«Razılaşma pozulsa...»

 

ABS_

 

ABŞ Rusiyanı yeni sanksiyalarla hədələyib. Obama Administrasiyasından bildiriblər ki, Suriyada atəşkəs rejiminə dair sazişin pozulacağı təqdirdə Rusiyaya qarşı iqtisadi sanksiyalar sərtləşəcək.

 

Strateq.az xəbər verir ki, bu barədə «Wall Street Journal» qəzeti Obama Administrasiyasındakı mənbəyə istinadən məlumat yayıb:

 

«Biz həmişə bəyan etmişik ki, Rusiyanın sözünə yox, əməlinə baxırıq. Bu yanaşma Suriyadakı atəşkəs üçün də keçərlidir. Münaqişənin faciəvi tarixini nəzərə alsaq, ehtiyat planlar hazırlamalı olmuşuq. Hər şey aydın olmalıdır. Bizim fəaliyyətimiz Rusiyanın əleyhinə yönəlməyib. Lakin Vaşinqton Kremlin Bəşər Əsəd rejiminə dəstəyinə qarşıdı. Əgər bu xətt dəyişməsə, Rusiya özünü pis vəziyyətə salmış olacaq".