XƏBƏR LENTİ

25 Noyabr 2020
24 Noyabr 2020

Digər Xəbərlər

02 Fevral 2019 - 15:30

Senator Kori Buker ABŞ prezidenti olmaq istəyir- Namizədliyini irəli sürəcək

Nyu-Cersi ştatından olan senator Kori Buker 2020-ci il seçkilərində ABŞ prezidenti vəzifəsinə namizədliyini irəli sürməyi qərara aldığını bildirib.

Azərtac xəbər verir ki, 49 yaşlı demokrat bu barədə planlarını cümə günü özünün tvitter səhifəsində yerləşdirilmiş videoməlumat şəklində elan edib. Buker “The View” televiziya verilişinin aparıcısına müsahibəsində öz qərarını belə əsaslandırıb ki, “Amerika vətəndaşları bu dövlətin onların rifahı naminə işləmək qabiliyyətinə inamı itirirlər”, “insanlar özlərini aldadılmış kimi hissi edirlər” və onun administrasiyası dövründə bu meyillər dəyişəcək.

Kori Buker Kaliforniyadakı Stenford Universitetini bitirib. 1998-2002-ci illərdə Nyu-Cersi ştatının Nyuark şəhər şurasında işləyib və o vaxtdan siyasətə qoşulub. 2006-cı ildə Nyuark şəhərinin meri seçilən Buker 2013-cü ilə qədər həmin vəzifədə çalışıb. 2013-cü ildə demokrat Frenk Lauternberqin vəfatından sonra keçirilən xüsusi seçkilərdə Buker senator vəzifəsi alıb.

Əgər Buker 2020-ci il seçkilərində qalib gələrsə o, Barak Obamadan sonra Ağ evə rəhbərlik edən ikinci Afrika mənşəli amerikalı olacaq.