XƏBƏR LENTİ

29 Noyabr 2020
28 Noyabr 2020

Digər Xəbərlər

03 Fevral 2019 - 12:44

Venesuelanın hava qüvvələri generalı müxalifəti dəstəklədi –Quaydonu prezident kimi tanıdı

Venesuelanın yüksək vəzifəli hava qüvvələri generalı prezident Nikolas Madurodan imtina etdiyini və müxalifət lideri Xuan Quaydonu ölkənin keçid prezidenti kimi tanıdığını bəyan edib.

Strateq.az bildirir ki, tvitter vasitəsilə şənbə günü yayılan video bəyanatda hava qüvvələrinin baş komandanlığının üzvü, general Fransisko Yanez, ordunun digər üzvlərini də eyni addım atmağa çağırıb. Baş komandanlığın vebsəhifəsində Yanez hava qüvvələrinin strateji planlaşdırma üzrə rəhbəri kimi qeyd edilib. Baş komandanlığın Twitter hesabında isə general xəyanətdə ittiham edilib. Yanez, 23 yanvar tarixində özünü prezident elan edən Quaydonu tanıyan ilk fəal generaldır.

Video müraciət müxalifət fəallarının ölkə boyu küçələrdə nümayişə çıxmağa hazırlaşdığı zaman yayılıb. Müxalifət ümid edir ki, bu etirazlarla Maduro təzyiq edərək, onu istefaya məcbur edə biləcəklər.

Vaşinqton Quaydonu legitim prezident kimi tanıyıb. Maduronun tənqidçiləri Avropa ölkələrinin də eyni addım atacağına ümid edir. Bəzi Avropa İttifaqı ölkələrinin növbəti həftə Quaydonu prezident kimi tanıyacağı gözlənilir.