XƏBƏR LENTİ

24 Oktyabr 2020
23 Oktyabr 2020

Digər Xəbərlər

03 Fevral 2019 - 20:45

Prezident Tramp:"İran nüvə razılaşmasına riayət etmir"

“İran nüvə razılaşmasına riayət etmir”.

Bu barədə ABŞ prezidenti Donald Tramp “CBS” telekanalına müsahibəsi zamanı bildirib.

Jurnalistin “ABŞ kəşfiyyatı iddia edir ki, İran nüvə proqramı haqqında razılaşmaya riayət edir” cümləsinə D.Tramp bildirib: “Mən onlarla razı deyiləm. Mənim kəşfiyyatım var, amma bu o demək deyil ki, mən onlarla razılaşmaq məcburiyyətindəyəm”.

D.Tramp bildirib ki, kiçik Corc Buş kəşfiyyatın İraqın “kütləvi qırğın silahlarının bütün növlərinə” malik olduğu barədə məlumata inandı: “Kəşfiyyatın bu əməkdaşları nə etdiklərini qətiyyən anlamırdılar və bizi heç vaxt iştirak etməyimiz lazım olmayacaq müharibəyə qarışdırdılar”.

Trend