Türkiyə Prezidenti Rəcəp Tayyip Ərdogan səudiyyəli jurnalist Camal Xaşuqci dörd ay öncə İstanbuldakı Səudiyyə konsulluğunda qətlilə əlaqədar Birləşmiş Ştatların hərəkətsizliyini tənqid edib.
Ərdogan fevralın 3-də Türkiyənin TRT dövlət televiziyasına deyib ki, qətldən sonra Amerikanın susqunluğunu anlamır:
“Hər şeyin aydınlaşmasını istəyirik, çünki qəddarlıq, qətl baş verib. Khashoggi-nin qətli sıradan deyil”.
Birləşmiş Ştatlarda yaşayan, Səudiyyə hökumətinin tənqidçisi olan Xaşuqci oktyabrın 2-də qətlə yetirilib. Onun cəsədi hələ də tapılmayıb.
Səudiyyə əvvəlcə jurnalistin konsulluqda öldürülməsini danırdı. Amma ortaya dəlil qoyulandan, beynəlxalq aləmin tənqidlərindən sonra onun özbaşına əməliyyat zamanı öldürüldüyünü etiraf edib.
Ər-Riyad Səudiyyənin vəliəhd şahzadəsi Məhəmməd Bin Salmanın qətldə hər hansı formada əli olmasını rədd edib.
ABŞ Prezidenti Donald Tramp Səudiyyə rəhbərliyinə sanksiya tətbiq etməyə qarşı çıxdığını, ər-Riyadın davamlı tərəfdaşı kimi qalacağını, münasibətlərin pisləşməsindən dolayı iqtisadi itkilərə yol verməyəcəyini deyib.
(Azadlıq radiosu)