XƏBƏR LENTİ

03 İyun 2020

Digər Xəbərlər

30 Aprel 2015 - 05:23

İsveçrədə yaşayan Tofiq Qasımovun Eynşteynlə bağlı kitabı hazırlanır – FOTO

tofiq qasimov.jpg

Tofiq Qasımovun İsveçrədə Eynşteynin məşhur nəzəriyyəsi haqqında kitabı hazırlanır

Azərbaycanın eks-xarici işlər naziri Tofiq Qasımov İsveçrədə yaşayır.

Strateq.az bildirir ki, bu barədə “Yeni Musavat” qəzetinin Avropadakı azərbaycanlı mühacirlərlə bağlı hazırladığı yazıda müsahibə verən AMEA-ın keçmiş əməkdaşı, Müsavat Partiyasının üzvü Hacı Hacılı bildirib. 2004-cü ildən İsveçrədə siyasi mühacir statusu ilə yaşayan H. Hacılı eks-XİN rəhəri ilə müntəzəm əlaqə saxladığını deyib.

H. Hacılının sözlərinə görə, Tofiq Qasımovun vəziyyəti kifayət qədər yaxşıdır. ” Nəzəri fizika sahəsi üzrə mütəxəssisdir. O, bir neçə il öncə kitab yazıb bitirib. Elmi kitabdır, orda Eynşteynin nisbilik nəzəriyyəsinə münasibət də var. Hal-hazırda o kitabın nəşri üzərində çalışır”-deyə H.Hacılı vurğulayıb.

T. Qasımovun övladları burda yenidən ali təhsil alaraq hazırda İsveçrənin həkimlik diplomunu alıblar.

H. Hacılı bildirib ki, T.Qasımov Azərbaycan KİV-lərinə müsahibə verməkdən imtina edir:

” 6-7 il əvvəl mediaforum saytının uşaqları müsahibə üçün xahiş etdi, amma razılaşmadı, danışmaq istəmədi. Bir mənlə, bir də keçmiş aspirantı ilə görüşür. Azərbaycanla bağlı prosesləri izləyir, maraqlanır. Sizi də görüşdürmək istərdim, amma media ilə hər hansı ünsiyyət istəmədiyindən narahat etmədim”.

Eks-nazirin alman dilində danışan 7 yaşlı bir nəvəsi də var.

tofiq 02.jpg