XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

04 Fevral 2019 - 16:28

Səhiyyə Nazirliyinin Aparat rəhbəri işdən çıxdı –AQTA-ya keçdi

Səhiyyə Nazirliyi Aparatının rəhbəri işdən ayrılıb.

Bu barədə nazirliyin mətbuat katibi Pərviz Abubəkirov məlumat verib.

Onun sözlərinə görə, “Dövlət qulluğu haqqında” qanunun 29.2-ci maddəsinin üçüncü hissəsinə uyğun olaraq və Qida Təhlükəsizliyi Agentliyinin 10.01.2019-cu il tarixli 1/12-045 nömrəli məktubu nəzərə alınaraq, Səhiyyə Nazirliyi Aparatının rəhbəri Zəkiyyə Müslüm qızı Mustafayeva Qida Təhlükəsizliyi Agentliyinə keçməsi ilə əlaqədar öz xahişi ilə tutduğu vəzifədən azad edilib.

Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzlinin müvafiq əmri ilə Zəkiyyə Mustafayeva AQTA-nın Aparat rəhbəri təyin edilib.
Zəkiyyə Mustafayeva 1968-ci ildə Bakı şəhərində anadan olub. Azərbaycan Tibb Universitetinin Pediatriya fakultəsini fərqlənmə diplomu ilə bitirib, daha sonra Xəzər Universitetində ictimai sağlamlıq ixtisası üzrə magistr dərəcəsi alıb. Hazırda London Universitetinin Gigiyena və Tropik Təbabət üzrə London Məktəbinin magistrantıdır.
Əmək fəaliyyətinə 1996-cı ildə başlayıb. 1996-2009-cu illərdə səhiyyə sahəsində dövlət və özəl müəssisələrdə, o cümlədən beynəlxalq təşkilatlarda inzibati vəzifələrdə işləyib. 2010-2018-ci illərdə Azərbaycan Respublikası Səhiyyə Nazirliyində Aparat rəhbəri vəzifəsində çalışıb.
Qeyd edək ki, Z. Mustafayeva Azərbaycan Respublikası Prezidentinin 13 iyun 2016-ci il tarixli Sərəncamı ilə səhiyyə sahəsində səmərəli fəaliyyətinə görə “Tərəqqi” medalı ilə təltif edilib.