XƏBƏR LENTİ

27 Yanvar 2021
26 Yanvar 2021

Digər Xəbərlər

04 Fevral 2019 - 21:41

Quterreş:"BMT Venesueladakı qarşıdurmada tərəfsiz mövqedədir"

“BMT Venesueladakı qarşıdurmada tərəfsiz mövqedədir. Təşkilat nə hazırkı Prezident Nikolas Maduronu, nə də özünü müvəqqəti dövlət başçısı elan etmiş Xuan Quaidonu dəstəkləyən beynəlxalq qrupların hər hansı birinə qoşulacaq”.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu BMT-nin Baş katibi Antonio Quterreş açıqlayıb.

“BMT Katibliyi bu qruplardan heç birinə qoşulmamaq qərarını verib”, – deyə jurnalistlərə bildirən A.Quterreş belə mövqeyin daha əvvəl hər iki tərəfə verilən siyasi çözüm axtarmaq təklifinə inamı daha da artıracağını diqqətə çatdırıb.