XƏBƏR LENTİ

27 Oktyabr 2020
26 Oktyabr 2020

Digər Xəbərlər

05 Fevral 2019 - 10:22

Yol polisi Paşinyanı cərimələdi- VİDEO

Ermənistanda baş nazir Nikol Paşinyana qarşı yeni kampaniya başladılıb.

Strateq.az Sfera.az-a istinadən xəbər verir ki, Nikol Paşinyanın olduğu avtomobil korteji qaydaları pozaraq, Yerevanın mərkəzində qəza şəraiti yaradıb.

Video Dövlət Yol Polisi tərəfindən yayıldıqdan sonra sosial şəbəkədə baş nazir Paşinyana qarşı kompaniya başlayıb. Sosial şəbəkə istifadəçiləri baş nazirin özünün qanunları ayaq altına atmasını seçkilər zamanı verdiyi sözə əməl etməməsi kimi qiymətləndiriblər.

“Hər şey irəlidədir”, “Gözəl olacaq” deyirdiniz. “Bu ölkə sizinlə uçuruma gedir”, “Siz də Serjin yolu ilə gedirsiz”, “Hər kəs qanun qarşısında bərabər olarsa, yaxşıdır”, – deyə erməni sosial şəbəkə istifadəçiləri yazıb.

Baş nazirin mətbuat katibi Vladimir Karapetyan baş verən qalmaqalla bağlı açıqlama verib. “Paşinyan o vaxt avtomobilin içində idi. Sürücü yolu səhv getdiyi üçün geri dönməli olub. Baş nazir bu pozuntuya görə hətta cərimələnib.”- deyə Vladimir Karapetyan bildirib.