XƏBƏR LENTİ

16 Yanvar 2021
15 Yanvar 2021

Digər Xəbərlər

05 Fevral 2019 - 10:38

FED rəhbəri Trampın tənqidlərinə cavab verdi:"Siyasi qərarlar qəbul ediləcək"

ABŞ Federal Ehtiyat Sisteminin (FED) sədri Cerom Pauell Ağ evdə ABŞ Prezidenti Donald Trampla görüşüb.

Bu barədə “Report” TASS-a istinadən xəbər verir.

Görüş zamanı C.Pauell FED-in qeyri-siyasi qərarlar qəbul etmək niyyətini açıqlayıb.

O əlavə edib ki, FED pul-kredit siyasətini maksimum məşğulluq və sabit qiymətləri dəstəkləmək məqsədi ilə həyata keçirəcək.

Görüşdə həmçinin FES rəhbərinin müavini Riçard Klarida və ABŞ-ın maliyyə naziri Stiven Mnuçin iştirak ediblər.

ABŞ KİV-inin məlumatına görə, D.Tramp hazırda ABŞ Prezidenti olmağa keçmiş namizəd Herman Keynin FED rəhbərliyinə gətirilməsi məsələsini nəzərdən keçirir.

O, 2011-ci ildə prezidentlik yarışında iştirak edib, lakin iki qadına qarşı cinsi təcavüz ittihamları ilə əlaqədar kampaniyasını dayandırmaq məcburiyyətində qalıb.