XƏBƏR LENTİ

29 Noyabr 2020
28 Noyabr 2020

Digər Xəbərlər

05 Fevral 2019 - 10:39

Azərbaycan daha 5 il “Formula-1” keçirəcək –Nazir Azad Rəhimov müqavilənin müddətini uzatdı

Azərbaycan və “Formula-1” şirkəti arasında müqavilə daha 5 il uzadılıb. Bu gün tərəflər Bakıda “Formula-1” yarışlarının 2023-cü ilə qədər uzadılmasına dair razılaşmanı imzalayıblar.

Strateq.az-ın virtualaz.org-a istinadən verdiyi xəbərə görə, Gənclər və idman naziri Azad Rəhimov razılaşmanı şərh edərkən deyib ki, Bakıda “Formula-1” yarışlarının keçirilməsi Azərbaycana gələn turistlərin sayını artırır.

“Formula-1” şirkətinin baş direktoru Çeyz Keri isə qeyd edib ki, Bakıda olmaqdan və müqavilənin uzadılmasından məmnundur. “Azərbaycan qran-prisi “F-1” təqvimində öz yerini tutub. Bizim araşdırmalarımız göstərib ki, Bakı yarışları fanatların fikrincə ən yaxşı yarışlardan biridir”-o deyib.

Xatırladaq ki, Bakıda keçiriləcək bu ilki “Formula-1” yarışları üçün 60 milyon dolların xərclənməsi nəzərdə tutulub.