XƏBƏR LENTİ

03 İyun 2020

Digər Xəbərlər

30 Aprel 2015 - 06:04

Steynar Gil: “Hacıbala, Artur, İsa Qəmbər, Əli Kərimli dəyişməlidi” – AÇIQLAMA

GIL.jpg

Norveçin Azərbaycandakı keçmiş səfiri (2002-2006) 72 yaşlı Steinar Gill Azadlıq Radiosuna açıqlamasında bir sıra maraqlı məqamlara toxunub.

Strateq.az bildirir ki, eks –səfir qeyd edib ki, Azərbaycan yaxşıya doğru dəyişməsi üçün həm iqtidardakı adamlar dəyişməlidir, həm də müxalifətdəki.

«Mən gedəndən nə baş nazir, nə xarici işlər naziri dəyişməyib, nə Hacıbala (Hacıbala Abutalıbov, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı-red.), eyni adamlardır hakimiyyətdə. Gənclər gəlməlidir hakimiyyətə».

«Azərbaycan xalqına özümü yaxın hiss edirəm. Mehriban, qonaqpərvər xalqdır.. Daha yaxşı həyata layiq ola bilərdi bu xalq»-deyə Gil vurğulayıb.

Gil Azərbaycanda müxalifətin də dəyişməsinin tərəfdarıdır: «Əli Kərimi, İsa Qəmbər.. Eyni adamlardır illərcə. Dəyişmək lazımdır. Müxalifətə də gənclər qoşulmalıdır..»

Onun fikrincə, müxalifətdə dəyişiklik olarsa, ümumilikdə ölkədə də dəyişiklik olar. Gürcüstanın təcrübəsi göstərir ki, həm iqtidarda, həm müxalifətdə gəncləşmə faydalıdır. Bundan başqa əhalinin əhvalı da dəyişməlidir.

“Əhali qəbul etməlidir ki, dəyişiklik lazımdır. Qısa müddətdə Azərbaycanda dəyişikliyin olası inandırıcı deyil. Hesab edirəm ki, neft gəlirləri azaldıqca və əhalinin iqtisadi vəziyyəti pisləşdikcə insanlar dəyişiklik istəyəcəklər.

Steinar Gil deyir ki, Azərbaycanın maliyyə ehtiyatlarının azalması, Dövlət Neft Fondunun vəsaitlərinin xərclənməsi də təhlükəli tendensiyadır: «Norveçdə Neft Fondunun vəsaitlərinin- biz ona «Pensiya Fondu» deyirik, yalnız dörd faizini xərcləyə bilirik. Bundan artığını xərcləmək qanunla qadağandır».

Gil Azərbaycandan sonra Latviyaya səfir gedib. 2011-ci ildən isə təqaüddədir. Oslodakı evində xanımı ilə yaşayır. Kitablar tərcümə edir, arabir Azərbaycan haqqında mühazirələr deyir.