XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

05 Fevral 2019 - 17:23

Hacı Madər:"Danışmamaq pisdirsə, altı dəfə məni seçməsinlər"

“Deyirlər ki, parlament tribunasında çox danışmıram. Hesab edirəm ki, çox danışmaq heç vaxt bəyənilməyib”.

Oxu.Az xəbər verir ki, bunu millət vəkili Hacı Madər Musayev mətbuata açıqlamasında bildirib.

O qeyd edib ki, yaxşı, məntiqli, lazım olan yerdə danışmaq vacibdir. “İndi mən danışmıram, o demək deyil ki, danışanlar düz etmirlər. Məsələn, danışanlar içərisində elələri var ki, həqiqətən, adamın xoşuna gəlir. Bəzən də boş yerə danışırlar, tutaq ki, parlamentdə üçüncü oxunuşda danışmaq lazım deyil, amma onda da danışırlar. Həvəskardırlar danışmağa. Gərək sözün də çəkisini biləsən. Mən görsəm ki zərurət var, sözümü deməliyəm, o zaman deyəcəm. O da maraqlıdır ki, 125 deputatın 20-30-u mənim kimi çoxdanışan deyil, amma həmişə deyirlər ki, Madər danışmır. Mən danışmıramsa və bu, əgər pisdirsə, altı dəfə məni seçməsinlər. Mən də sabahdan başlasam danışmağa, maraqlıdır ki, o zaman nə deyəcəklər”, – deyə deputat vəkili bildirib.