XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

05 Fevral 2019 - 18:05

Prezident telekanallarla bağlı daha bir sərəncam verdi –“Azərkosmos”a vəsait ayrıldı

Prezident İlham Əliyev Azərbaycan Respublikasında fəaliyyət göstərən ümumölkə teleradio yayımçılarının xarici ölkələrdə yayımının təşkilinə dövlət dəstəyi verilməsi haqqında sərəncam imzalayıb. 

Strateq.az-ın məlumatına görə, sərəncam milli ümumölkə teleradio yayımçılarının beynəlxalq informasiya məkanında əhatə dairəsinin genişləndirilməsi, onların ölkə haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması və Azərbaycan xalqının mədəniyyətinin və milli-mənəvi dəyərlərinin təbliği sahəsində fəaliyyətinin gücləndirilməsi məqsədi daşıyır.

Sərəncamla Azərbaycan Respublikasında fəaliyyət göstərən ümumölkə teleradio yayımçılarının peyk vasitəsilə xarici ölkələrdə yayımını təşkil etmək üçün Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundanAzərkosmos” Açıq Səhmdar Cəmiyyətinə 2 milyon manat ayrılıb.