XƏBƏR LENTİ

22 Yanvar 2021
21 Yanvar 2021

Digər Xəbərlər

06 Fevral 2019 - 10:54

Kəmaləddin Heydərov:"Prezident zəlzələnin fəsadlarının araşdırılması ilə bağlı tapşırıq verib"

Fövqəladə hallar naziri Kəmaləddin Heydərov Şamaxıda zəlzələ nəticəsində uçqun baş verən ərazilərə baş çəkib.

Strateq.az-ın “Report”a istinadən xəbərinə görə, nazir əraziyə baxış keçirdikdən sonra açıqlama verərək bildirib ki, gecədən başlayaraq Şamaxıda müxtəlif ballarda 3 təkan olub: “Cənab prezidentin tapşırığı ilə səhər tezdən bura gəlmişəm. Bizim əməkdaşlar rayon icra hakimiyyətinin əməkdaşları ilə birgə gecədən qəza olmuş və ya şikayət edən insanlara baş çəkiblər. Çox şükür ki, ölüm halları baş verməyib. Hadisədən təşvişə düşüb qaçarkən iki nəfərin ayağı, bir nəfərin qolu sınıb. Hazırda onlar müalicə alır. Ümumiyyətlə, 4 rayon üzrə 73 müraciət olub. Orada da ciddi fəsadların olmadığı qeyd olunub. Belə zəlzələdə fəsadların cüzi olması çox yaxşıdır. Evlərin uçması halı baş verməyib, sadəcə, divarlar aşıb”.

Nazirin sözlərinə görə, Prezident İlham Əliyev zəlzələnin fəsadlarının araşdırılması və aradan qaldırılması ilə bağlı tapşırıq verib: “Ölkə başçısının tapşırığına əsasən, rayon Fövqəladə Hallar Komissiyası ilə birlikdə Ağsu, İsmayıllı və Şamaxı rayonlarında işlər aparılacaq. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın göstərişinə əsasən, Heydər Əliyev Fondunun könüllüləri bu işdə yaxından iştirak edəcəklər. Şamaxı sakinləri bu hadisəni böyük təşvişlə qarşılamayıblar, çünki buna ehtiyac da yox idi. Əhali qorxmadan yanaşıb. Rayon icra hakimiyyətinin əməkdaşları da sakinlərə vaxtında köməklik edib və lazımi yerlərdə yerləşdirməyə şərait yaradıblar.

Qəzalı vəziyyətdə olan evlərin sakinləri başqa evlərdə müvəqqəti yerləşdiriləcək. Evlərin təmir bərpa işlərinin aparılması üçün dövlət tərəfindən yardım olunacaq”.