XƏBƏR LENTİ

29 May 2020
28 May 2020

Digər Xəbərlər

06 Fevral 2019 - 18:21

Gəncə Şəhər İcra Hakimiyyətinə 3,7 milyon manat ayrıldı –Partlayan binanın sakinlərinə yeni mənzillər veriləcək

Bu gün Prezident İlham Əliyev sərəncam imzalayıb.

Strateq.az xəbər verir ki, sərəncama əsasən, 2018-ci il noyabrın 20-də Gəncə şəhərində dördmərtəbəli yaşayış binasında baş vermiş partlayış nəticəsində ziyan çəkmiş sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə aşağıdakı qərar verilib:

1. Gəncə şəhərində yaşayış binasında baş vermiş partlayış nəticəsində ziyan çəkmiş sakinlərin mənzil-məişət şəraitini yaxşılaşdırmaq məqsədilə yeni çoxmənzilli yaşayış binasının tikintisi üçün Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Gəncə Şəhər İcra Hakimiyyətinə 3,7 milyon (üç milyon yeddi yüz min) manat ayrılsın.

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.