XƏBƏR LENTİ

03 İyun 2020
02 İyun 2020

Digər Xəbərlər

07 Fevral 2019 - 10:56

“Əlvida, çirkli Rusiya…” –Putinin fəal dəstəkçisi olan məşhur aktyor ABŞ-a qaçdı

Məşhur rusiyalı aktyor Aleksey Panin Rusiyanı tərk edib.

Bu məlumatı Panin öz İnstaqram səhifəsində paylaşıb.

O, səhifəsində təktərəfli bilet qeydi olan ABŞ vizasının fotosunu paylaşıb.

Panin həmçinin Mixail Lermontovun “Əlvida, çirkli Rusiya…” ifadəsini də İnstaqram səhifəsində yerləşdirib.

Qeyd edək ki, Panin müasir Rusiyanın ən məşhur aktyorlarından biridir. Hakimiyyətə yaxınlığı ilə seçilən aktyor Vladimir Jirinovskinin Liberal Demokrat Partiyasıyla da sıx əlaqələrə sahib olub. Panin, həmçinin Krımın anneksiyasını ən sıx şəkildə müdafiə edən şəxslərdən biri kimi tanınıb və Rusiyanın sərhədlərinin Odessaya qədər uzadılmasını təklif edib.

Panin Ukrayna hakimiyyətinə qarşı sərt ifadələr işlədib və əlinə imkan düşəcəyi halda Poroşenkonun boğazını özünün kəsəcəyini deyib/Axar.az.