XƏBƏR LENTİ

02 İyun 2020
01 İyun 2020

Digər Xəbərlər

07 Fevral 2019 - 12:10

Bakıda ana iki uşağını atıb qaçdı- FOTO - VİDEO

Bakıda iki azyaşlı uşaq valideynləri tərəfindən atılıb.

Strateq.az “Xəzər TV”yə istinadən xəbərinə görə, təqribən 5-6 yaşlarında olan iki azyaşlı 20 gün əvvəl bir dayə tərəfindən polisə təhvil verilib.

Qadın bildirib ki, uşaqların anası baxması üçün onları dayənin yanına qoyub. Lakin xeyli müddət keçsə də, azyaşlıların anası geri qayıtmayıb.

Qardaş olduqları ehtimal edilən uşaqların ünsiyyət problemi var. Lakin lal deyillər. Bunu da həmin azyaşlılar sığınacaqdakı uşaqları çağırarkən müəyyən etmək mümkün olub.

Uşaqlarının valideynlərinin axtarışları da heç bir nəticə verməyib.

Azyaşlıların yaxınlarını tanıyanlar sığınacağın 055 466 08 06 nömrəli qaynar xəttinə zəng edərək məlumat verə bilərlər.