XƏBƏR LENTİ

28 May 2020
27 May 2020

Digər Xəbərlər

24 Fevral 2016 - 18:07

“Rusiya XİN Bakının notasına cavab olaraq deyə bilər ki…” –Ekspertdən gecikmiş notaya reaksiya

elxan-sahinoglu-esas

 

"Azərbaycan Xarici İşlər Nazirliyinin Rusiyaya nota göndərməsi gecikmiş də olsa gərəkli addım idi. Gecikmə böyük ehtimalla məsələnin dövlət başçısı ilə razılaşdırması ilə əlaqəlidir".

 

Strateq.az xəbər verir ki, bunu tanınmış ekspert Elxan Şahinoğlu deyib.

 

Onun sözlərinə görə, prezident İlham Əliyev Rusiya ilə münasibətlərə önəm verməklə yanaşı, şimal qonşumuzun Ermənistanı silahlandırmasına da seyrçi qala bilməz: 

"Notada da deyildiyi kimi, hamıya bəyan etməliyik ki, Rusiyanın kasıb Ermənistana faktiki bəxşiş etdiyi 200 milyon dollarlıq silah və hərbi texnika işğal altındakı torpaqlarda yerləşdiriləcək. Əlbəttə, Rusiya XİN Bakının notasına cavab olaraq deyə bilər ki, istədiyim ölkəyə silah da sataram, hədiyyə də verərəm. Bəli, bu Rusiyanın hüququdur. Ancaq addımbaşı beynəlxalq hüququn aliliyindən və Suriyanın ərazi bütövlüyünə hörmətdən danışan Kreml elan etdiyi bu siyasətinə sadiq qalmalı, ikili standartlara yol verməməli – Suriya kimi Azərbaycanın ərazi bütövlüyünə də hörmət etməlidir. Başqa sözlə Rusiya Ermənistana silah verə bilər, ancaq üzərinə təminat götürməlidir ki, bu silahlar Azərbaycanın işğal altındakı torpaqlarında peyda olmayacaq. Elə Azərbaycan XİN-nin notası da məhz bu sözlərlə bitir ki, Rusiya 200 milyon dollarlıq silah və texnikanın işğal altındakı ərazilərdə yerləşdirməyəcəyinə dair zəmanət verməlidir. Aydındır ki, Kreml belə bir zəmanət verməyəcək. Çünki Rusiya həmin silah və texnikanı kasıb Ermənistana məhz ona görə verib ki, separatçılar Azərbaycan qarşısında gücsüz duruma düşməsinlər".