XƏBƏR LENTİ

02 İyun 2020
01 İyun 2020

Digər Xəbərlər

09 Fevral 2019 - 11:33

İbrahim Kalın:"Qlobal münaqişələrin 60 faizi müsəlman ölkələrində baş verir"

Ankarada keçirilən İslam Əməkdaşlıq Təşkilatının Statistika, İqtisadiyyat və Sosial Araşdırmalar Mərkəzinin (SESRIC) seminarında çıxış edən Türkiyə Prezidentinin mətbuat katibi İbrahim Kalın bildirib ki, hazırda qlobal münaqişələrin 60 faizi müsəlman ölkələrində baş verir.

Azərtac Anadolu agentliyinə istinadla xəbər verir ki, İ.Kalın əlavə edib: “Biz bu statistikadan nəticə çıxarmalıyıq. Silahlı münaqişələrin əksəriyyətinin müsəlman ölkələrində baş verməsinin əsas səbəbi dövlətlər arasında birliyin olmamasıdır. İslam dünyasını bölmək üçün planlar və sxemlər hazırlanıb. Müsəlmanlar mövcud problemləri bir-birinin üzərinə atmaqdansa, onları birlikdə həll etməlidir”.

Müsəlman ölkələrinin bir çoxunun varlı olduğunu diqqətə çatdıran Türkiyə rəsmisi diqqətə çatdırıb ki, ən zəngin təbii sərvətlər və gənc işçi qüvvəsi məhz bu dövlətlərdədir. Onun sözlərinə görə, hökumətlərin qarşısında duran əsas vəzifə insan resurslarından səmərəli istifadə etməkdir. İ.Kalın əlavə edib ki, dövlətlərin gəlirləri ədalətli bölməsi, müasir texnologiyaların inkişafına sərmayə qoyması da mühüm amillərdir.