XƏBƏR LENTİ

03 İyun 2020
02 İyun 2020

Digər Xəbərlər

09 Fevral 2019 - 14:01

Ağ evin həkimi Trampın səhhəti barədə məlumat verdi:"Gözləyirəm ki, bütün prezidentlik dövründə..."

ABŞ Prezidenti Donald Tramp “çox gözəl sağlamlığa” malikdir və gözləyirəm ki, bütün prezidentlik dövründə və sonra da belə qalacaq.

Azərtac Amerika KİV-lərinə istinadla xəbər verir ki, bunu Ağ evin həkimi Şon Konli Prezident Donald Trampın ABŞ administrasiyasının 45-ci rəhbəri qismində ikinci tibbi müayinəsindən sonra elan edilib.

Müayinə ABŞ Hərbi Dəniz Qüvvələrinin Uolter Rid adına Milli Tibb Mərkəzində keçirilib.

Bundan əvvəl 2018-ci ildə Ağ evin əvvəlki həkimi Ronni Cekson tərəfindən aparılmış ilk tibbi müayinənin nəticələrinə əsasən, Amerika liderinin “müstəsna sağlamlığa” malik olduğu bildirilmişdi.

ABŞ prezidentləri tibbi müayinədən keçmək məcburiyyətində olmasalar da, bu praktika administrasiyanın 37-ci başçısı Riçard Niksondan (1913-1994) sonra ənənəyə çevrilib.