Türkiyə Prezidenti Rəcəb Tayib Ərdoğan İstanbulda binanın çökdüyü ərazidə axtarış-xilasetmə işlərinin gedişi ilə tanış olmaq üçün Kartal rayonuna gəlib.
Azərtac xəbər verir ki, Türkiyənin səhiyyə naziri Fahrettin Koca Prezidentə dağıntılar altından indiyədək 17 nəfərin cəsədinin çıxarıldığını, axtarış-xilasetmə işlərinin davam etdirildiyini bildirib.
Türkiyənin dövlət başçısı, həmçinin hadisə nəticəsində yaralananları ziyarət etmək üçün xəstəxanaya gedib.