XƏBƏR LENTİ

30 May 2020
29 May 2020

Digər Xəbərlər

24 Fevral 2016 - 22:18

Prezident İlham Əliyevdənmühüm mesajlar...

prezident-esas-11

 

Prezident İlham Əliyevə məxsus "twitter” hesabından (@azpresident) Azərbaycan-İran münasibətlərinə dair qısa mesajlar paylaşılıb.

 

Dövlət başçısı qeyd edib ki, Azərbaycan-İran əlaqələri yüksələn xətlə, uğurla, sürətlə inkişaf edir və strateji əməkdaşlıq səviyyəsinə qalxıb:

"Azərbaycanla İran arasında imzalanmış sənədlərin icrası iki ölkə arasında əlaqələri daha da gücləndirəcək”.

 

Ölkə başçısı bildirib ki, Azərbaycanla İran Xəzərdə neft-qaz yataqlarının birgə işlənilməsi məsələsini müzakirə etmişlər və bununla bağlı yaxşı nəticələr gözlənilir:

"Xəzər dənizi bundan sonra da əməkdaşlıq, təhlükəsizlik və sülh dənizi olmalıdır".

 

"Şimal-Cənub nəqliyyat dəhlizinin istifadəyə verilməsi nəticəsində qitələr gözəl nəqliyyat infrastrukturu ilə birləşdiriləcəkdir" – deyən İ.Əliyev, Azərbaycan və İranın üçtərəfli formatlarda da fəal iştirak etdiklərini və bu formatların coğrafiyasının getdikcə genişlənəcəyini bildirib.

 

Dövlət başçısı "Azərbaycan və İran sülhün, əmin-amanlığın, əməkdaşlığın təmin olunmasını istəyir və bölgədə sabitləşdirici rol oynayırlar” – deyə qeyd edib.

 

Prezident bildirib ki, Azərbaycan ABŞ və Rusiya arasında Suriyada müharibənin dayandırılmasına dair razılaşmanı alqışlayır

"Suriyada vəziyyəti normallaşdırmaq üçün atəşkəs yaradılmalı, sülh bağlanmalı və Suriya xalqı gələcəyini, taleyini özü müəyyən etməlidir. Bütün ölkələr bir-birinə hörmətlə yanaşmalı, bir-birinin işinə qarışmamalıdır. Bu halda müharibələr dayanacaq, qarşıdurmalar azalacaqdır".

Musavat.com