XƏBƏR LENTİ

21 Yanvar 2021

Digər Xəbərlər

10 Fevral 2019 - 10:51

Bolton çıxışı zamanı işığı sönən Maduronu ələ salıb:"Maduro mafiyasının "işığını söndürməyin" vaxtı çatıb" - VİDEO

ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Con Bolton, çıxışı zamanı işıqlar sönən Venesuela lideri Nikolas Maduronu məsxərəyə qoyub.

“Report” RİA “Novosti”yə istinadən xəbər verir ki, məsələyə münasibət bildirən Bolton “Twitter”də yazıb:

“Venesuelada Maduro mafiyası üçün “işığı söndürmək” vaxtı gəldi”.

Dövlət xadimi öz mikrobloquna Maduronun çıxışı zamanı işıqların əvvəlcə “göz vurduğu”, sonra isə tamamilə söndüyü, bu səbəbdən də Venesuela liderinin nitqinin yarımçıq qaldığı kadrları yerləşdirib.