XƏBƏR LENTİ

03 Dekabr 2020
02 Dekabr 2020

Digər Xəbərlər

24 Fevral 2016 - 22:06

İŞİD-dən Əsəd rejiminə ağır zərbə:95 ölü, onlarla əsir

 

IŞİD, 95 Suriye askerini öldürdü

 

Bütün dünyanın “vuruşduğu” İŞİD silahlıları bu gün Hələbə bağlı Hanasıra qəsəbəsini ələ keçirib. Döyüş əsnasında 95 Suriya hərbçisi öldürülüb, 10-larla əsgər əsir alınıb.

 

Strateq.az-ın bildirdiyinə görə, bu məlumatı Suriyanın xəbər agentliklərindən biri yayıb.

 

Xəbərdə həmçinin o da bildirilir ki, Hanasıra Hələb ətrafını bir-biriylə birləşdirən məntəqədir və buranın ələ keçirilməsi faktiki olaraq Əsəd ordusunun bölgədəki qüvvələri arasındakı rabitənin kəsilməsi, bir növ, onların mühasirəyə düşməsi deməkdir.

 

İŞİD-ə bağlı informasiya saytları da Hanasırada ələ keçirdikləri hərbi qənimətləri nümayiş etdiriblər. Qənimətlər arasında tanklar, təyyarələrə qarşı raketatanlar və digər ağır hərbi texnikalarla yanaşı, silah-sursatla dolu cəbbəxanalar da var.

 

Strateq.az