XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

13 February 2019 - 09:35

Dünya neft bazarını silkələyəcək risklər –Beynəlxalq Böhran Qrupu proqnozlarını açıqladı

Beynəlxaq Böhran Qrupu 2019-cü il üçün Dünyada qarşıdurmalar və böhranlarla bağlı proqnozlarını açıqlayıb. Strateq.az xəbər verir ki,  təhlilçilər dünyanı silkələyəcək hadisələri və onun qlobal neft bazarına ciddi təsir edə biləcəyini qruplaşdırıblar:

1) Venesuelada qarşıdurma ilə nəticələnən hakimiyyət dəyişikliyi;

2) Cənubi Sudanda (neft gəlirləri uğrunda şimalla mübarizə) vətəndaş müharibəsinin alovlanması (2013-2018-də 400 min insan ölüb);

3) Kamerunda ingilisdilli və fransızdilli əhali arasında vətəndaş müharibəsi;

4) Əfqanıstanda yeni qarşıdurma (2018-ci ildə münaqişələrdə ən böyük insan itkisi qeydə alınıb – 40 min nəfər);

5) Nigeriyada yazdan başlayaraq bütün mərhələlərdə seçkilərin keçirilməsi. Adətən bu ölkədə seçkilər etnik qruplar və dini təriqətlər arasında kəskin qarşıdurmalarla müşayət edilir;

6) Suriyada münaqişənin alovlanması;

7) ABŞ-İsrail-Səudiyyə üçlüyü ilə İran arasında münaqişənin yeni mərhələyə keçidi;

8) ABŞ və Çin arasında iqtisadi müharibənin fəsadları;

9) Ukraynanın Şərqində münaqişənin davamı;

10) Yəməndə münaqişə və humanitar böhran…