XƏBƏR LENTİ

03 İyun 2020
02 İyun 2020

Digər Xəbərlər

13 Fevral 2019 - 10:09

Vəliəhd şahzadənin Məkkə ziyarəti ilə verilən mesaj:artıq atasının ən mühüm vəzifəsini icra edir - Foto+Video

Səudiyyə Ərəbistanı Krallığının şahzadəsi Məhəmməd bin Salmanın fevralın 12-də həyata keçirdiyi Məkkə ziyarəti Səudiyyə KİV-lərinin ana mövzusuna çevrilib. 

Strateq.az xəbər verir ki, İki Böyük Məscidin xidmətçisi statusu əslində, Səudiyyə kralına mənsubdur.

Böyük Məsciddə ibadətdən sonra Kəbə ziyarəti və Allah Evinin daxili divarlarının ənənəvi təmizlənməsini də yerinə yetirmiş vəliəhd şahzadə bununla atasından həmin statusu miras götürəcəyinə işarə edib.

Xatırladaq ki, adətən, Kəbənin daxili divarları kral tərəfindən yuyulur və bundan ötrü oud ətri ilə qarışan Zəmzəm suyuna batmış parçalardan istifadə edilir.

Mərasimi rəsmi “Twitter” hesabından Saray fotoqrafı Bəndar əl-Qalud paylaşıb.

Şahzadəni Böyük Alimlər Şurasının üzvü və məsləhətçisi Şeyx Səəd Bin Nasir əl Şithri müşayiət edib.