XƏBƏR LENTİ

03 İyun 2020
02 İyun 2020

Digər Xəbərlər

13 Fevral 2019 - 11:20

Əli Kərimlinin müşaviri həbsdən azad edildi –FOTO

AXCP sədrinin müşaviri Məmməd İbrahim azadlığa buraxılıb.

Strateq.az bildirir ki, bu barədə AXCP sədrinin köməkçisi Faiq Əmirli məlumat yayıb.

Məmməd İbrahim bu gün azad edilib.

2016-cı il martın 15-də Nərimanov Rayon Məhkəməsi Məmməd İbrahimi Cinayət Məcəlləsinin 221.2.2-ci maddəsi ilə (ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən və ya ictimai qaydanın pozulmasının qarşısını alan hakimiyyət nümayəndəsinə və ya digər şəxsə müqavimət göstərməklə xuliqanlıq) 3 il azadlıqdan məhrum edib. 2016-cı il mayın 13-də Bakı Apellyasiya Məhkəməsi, sentyabrın 28-də Ali Məhkəmə hökmü qüvvədə saxlayıb.