Türk dünyasının tanınmış şəxsiyyətlərindən Ozan Arif bu gün səhər dünyasını dəyişib.
Strateq.az-ın xəbərinə görə, bu barədə sənətçinin “Facebook” səhifəsində oğlu Mehmet Alp Şirin məlumat yayıb.
Onun sözlərinə görə, mərhumun cənazəsi fevralın 16-da Samsunun Kıranköy məzarlığında torpağa tapşırılacaq.
Qeyd edək ki, Ozan Arif Azərbaycanda “Ya Qarabağ, ya ölüm – başqa yolu yox artıq!” şeiri ilə məşhurlaşmışdı.
Allah rəhmət eləsin!