XƏBƏR LENTİ

22 Oktyabr 2020
21 Oktyabr 2020

Digər Xəbərlər

25 Fevral 2016 - 11:02

Bir gecədə 4 naziri işdən qovdu

Serj Sarkisyan

 

Ermənistan prezidenti Serj Sarkisyan 4 naziri tutduğu vəzifədən azad edib.

 

Strateq.az azvision.az-ın erməni KİV-nə istinadən verdiyi xəbərə görə, Armen Eritsyan Fövqəladə Hallar naziri təyin edilib.

 

Armen Aşotyan Təhsil və Elm naziri vəzifəsindən azad olunub. Onun yerinə daha əvvəl də bu vəzifəni tutan Levon Mkrtçyan təyin olunub.

 

Karen Çşmartiyanın əvəzinə İqtisadiyyat naziri Arçvik Minasyan gətirilib. Bundan əlavə, Sarkisyanın sərəncamı ilə David Lokyan Ərazilərin İdarə edilməsi və İnkişafı naziri təyin edilib.