XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

13 February 2019 - 20:42

İranın cənub-şərqində terror aktı: 27 ölü, 13 yaralı - YENİLƏNİB

İranın cənub-şərqindəki Sistan-Bəlucestan əyalətində İslam İnqilabı Keşikçiləri Korpusunun (İİKK) əsgərlərini daşıyan avtobusa intiharçı hücum həyata keçirilib. 

Strateq.az “Təsnim” İA-ya istinadla xəbər verir ki, Xaş-Zahedan yolunda baş vermiş terror aktı ilə bağlı İİKK rəhbərliyi bəyanat yayıb.

Bəyanatda avtimobilə qoyulmuş partlayıcı maddə ilə törədilən terror aktı nəicəsində ölən və yalananlar barədə konkret say göstərilməyib.

İİKK-nin ikinci bəyanatında hadisə zamanı 27 nəfərin həlak olduğu və 13 nəfərin yaralandığı qeyd olunub.

Terror aktına görə məsulyyəti “Ceyşül-ədl” təşkilatı öz üzərinə götürüb.