Azərbaycan Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin Texniki Tənzimləmə və Standartlaşdırma İdarəsində aparılmış yoxlamalar zamanı 300 sərəncamın qanunsuz ləğv edilməsi halı aşkarlanıb.
Strateq.az report.az-a istinadən xəbər verir ki, bunu Azərbaycan Hesablama Palatasının auditoru Cəfər Həsənov deyib.
C.Həsənovun sözlərinə görə, pozuntular adıçəkilən qurumun aparat xərclərinin yoxlanılması zamanı aşkar edilib:
"Təsəvvür edin ki, sərəncam təqdim edib, hansısa qurumda yoxlama aparıblar, daha sonra gəlib həmin sərəncamları ləğv ediblər. Auditor təşkilatlarından xahiş edirəm ki, yoxlamalar apararkən bu məsələləri də nəzərə alsınlar".