XƏBƏR LENTİ

29 May 2020
28 May 2020

Digər Xəbərlər

14 Fevral 2019 - 11:27

Trampdan Gürcüstan və Ukrayna ilə bağlı önəmli tapşırıq –NATO-ya üzvülük

ABŞ Prezidenti Donald Tramp Rusiya aqressiyası ucbatından Ukraynanın alyansa üzvlüyü ilə bağlı yaranmış çətinliyin həllinə tapşırıq verib.

Bunu “Apostrof” saytına müsahibəsində NATO-nun Rusiyadakı keçmiş nümayəndəsi Harri Tabax deyib.

“Bilirəm ki, Tramp NATO nizamnaməsinin 5 bəndinin yenidən işlənilməsi və Gürcüstanla Ukrayna üçün girişin tapılması haqqında tapşırıq verib. Proqnoz verə bilmərəm, amma artıq baş verənləri analiz edə bilərəm.Ukrayna son beş il ərzində Qərbin gözləmədiyi çox şey edib. Məsələn, müharibə və maliyyə böhranının davam etdiyi dönəmdə Qərblə vizasız rejimə nail olundu. Hətta NATO-nun müttəfiqi Türkiyə də Ukrayna ilə vizasız rejimə izn verdi. Digər məsələ isə kilsə ilə bağlıdır. Əgər Ukrayna NATO-ya da üzv olsa, mən buna təəccüblənmərəm”, – deyə o, bildirib/Axar.az.