Prezident İlham Əliyev Eyvaz Hüseynovun 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.
Strateq.az-ın məlumatına görə, sərəncamla Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirakına görə Eyvaz Mövsüm oğlu Hüseynov 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.
Qeyd edək ki, fevralın 15-də Xocavənd Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynovun 60 yaşı tamam olur. O, 2 iyul 1992-ci ildə Xocavənd Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilib. Eyvaz Hüseynov “Azərbaycan Bayrağı” ordenli Qarabağ qazisi İbad Hüseynovun qardaşıdır.