XƏBƏR LENTİ

29 May 2020
28 May 2020

Digər Xəbərlər

14 Fevral 2019 - 13:53

Elmar Məmmədyarov Almaniyaya səfərə gedib –55-ci Münhen Təhlükəsizlik Konfransında iştirak edəcək

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Almaniyaya işgüzar səfərə yola düşüb.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, səfərdə məqsəd fevralın 15-dən 17-dək keçiriləcək Münhen Təhlükəsizlik Konfransında iştirak etməkdir.

Səfər çərçivəsində xarici işlər nazirinin 55-ci Münhen Təhlükəsizlik Konfransında iştirakı ilə yanaşı bir sıra ikitərəfli görüşlərin keçirilməsi nəzərdə tutulub. (Report)